Rusiyanın "Lokomotiv" klubunun futbolçusu Vitali Denisov komandanın baş məşqçisi Yuri Syomindən danışıb. Sportnet.az-ın məlumatına görə, özbəkistanlı müdafiəçi rusiyalı mütəxəssisin işi haqda danışmağın tez olduğunu bildirib.
O, baş məşqçi haqda bunları deyib: "Lokomtiv"də hazırda vəziyyət çətindir. Komanda çətinliklə xal toplayır. Syomin peşəkar səviyyəli məşqçidir. Buna baxmayaq onun işi haqda geniş danışa bilmərəm. Çünki qısa müddətdir ki, burdadır. O bizimlə toplanışda belə olmayıb".
Y.Syomin Moskva təmsilçisi ilə avqustun 26-dan çalışmağa başlayıb. Rusiya Premyer Liqası isə avqustun 1-dən start götürüb. "Lokomotiv" hazırda 7 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, Yuri Syomin  2013-2014 mövsümündə "Qəbələ"də çalışıb. O, avqustun 26-da "Lokomotiv"lə müqavilə imzalayıb.









                 





    
    
    
    
    
    
    
    
    






















































