Azərbaycan millisinin sabiq üzvü Rasim Ramaldanov Gürcüstan kubokunun 1/8 finalında çıxış etdiyi "Kolxeti" klubunun heyətində fərqlənib. Sportnet.az-ın məlumatına görə, müdafiəçi "Bolnisi" ilə oyunda komandasına qələbə qazandıran qolun müəllifi olub.
Start heyətində meydana çıxan 30 yaşlı futbolçu oyunun 40-cı dəqiqəsində rəqib qapısına yol tapıb. Bu qol oyunda yeganə olub və "Kolxeti" qələbə qazanıb.
Qeyd edək ki, "Kolxeti" qələbə sayəsində adını növbəti mərhələyə yazdırıb.






































































