"Oyunun bu cür alınacağını bilirdik. Əks-hücumlara üstünlük verirdik. Birinci hissədə hava şəraiti problem yaradırdı. İkinci hissədə qol vurmaq üçün kifayət qədər şansımız oldu. Amma sonuncu ötürmə çatmadı”.
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt”ın baş məşqçisi Samir Abasov səfərdə "Qəbələ”yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış oyundan sonra deyib.
Gənc mütəxəssis həmkarı barədə bunları söyləyib: "Əsəblər aşıb, daşır. Heç bir narazılığım yoxdur. Qriqorçuk da mənim kimi məşqçidir. O söyüş söyə bilər, mən yox? 30 nəfər kimlərəsə nələt oxuyursa, bir gün həmin adamlar bunun cavabını verəcəklər. Birinci qol ofsaytdan vurulmuşdu. Mən özüm də əsəbiləşdim. Eyni epizodda bizim qapımıza cərimə zərbəsi təyin edirlər. Aut atan futbolçumuzu tələsdirir. Hakim bizim autu tez atmağımızda niyə maraqlıdır ki? Əsəbləşdim, tribunaya göndərildim. Buna görə peşman deyiləm. "Qəbələ”ni udmaq istəyirdik. Hətta heç-heçəyə də məyus olacağdıq. Mənə məsləhət verən adam Qriqorçuk olmalı deyil. Onun oyunçularına nələr dediyini hamı eşidir. Ofsaytdan qol vurulanda necə təmkinli olum? "Qəbələ”nin öz işçiləri dedi ki, qol ofsaytdan vurulub”.
Samir Abasov heyətə bağlı problemlərə görə klub rəhbərliyindən narazılığını bildirib: "Çempionata bir sağ cinah müdafiəçii ilə başlayırıqsa, üstümüzə gəlməyə dəyməz. Bunun günahkarı kimdir? Bu sualı klub rəhbərliyinə verin. Mənə məsləhət verən adam Qriqorçuk olmalı deyil. Onun oyunçularına nələr dediyini hamı eşidir. Ofsaytdan qol vurulanda necə təmkinli olum? "Qəbələ”nin öz işçiləri dedi ki, qol ofsaytdan vurulub” (futbolxeber.az).