2018-ci il dünya çempionatının Avropa üzrə seçmə qrup mərhələsinin IV turunda Rumıniya və Polşa komandaları arasında keçirilmiş görüşdə qonaqların futbolçusu Robert Levandovski təhlükə ilə üzləşib. Sportnet.az-ın məlumatına görə, hücumçunun olduğu yerə petarda atılıb.
Levandovski oyunun 54-cü dəqiqəsində baş hakimə yerə atılan petardanı göstərən zaman kiçik partlayış olub və futbolçu yerə yıxılıb. Həkimlərin müdaxiləsindən sonra Leva oyuna qoşula bilib.
Görüş Polşanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan ikisi Levandovskinin aktivinə yazılıb.