1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın rəqibinin matçı riskli oyun siyahısında
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində növbəti rəqibi olan "Slovan" klubu Çexiya çempionatında noyabrın 19-u baş tutacaq "Yablonets”la səfər matçı təhlükəsizlik baxımından riskli oyun siyahısına düşüb.
Sportnet.az-ın məlumatına görə, bu barədə məlumatı Çexiya Respublikasının polis idarəsi verib.
Onlar qarşılaşmadan öncə təhlükəsizlik tədbirləri görməyi planlaşdırır. Bu məqsədlə şəhər ətrafındakı polis nöqtələri gücləndiriləcək. Xüsusilə səfər komandasının azarkeşlərini qorumaq üçün bölgəyə əlavə polis qüvvələrinin gətiriləcəyi bildirilib.
Yablonets şəhər regional polis idarəsi azarkeşlərdən stadionda ətrafında nişanələrə və digər obyektlərə zərər vurmamalarını xahiş edib.
Qeyd edək ki, "Qarabağ"ı da Çexiyada oyun gözləyir. "Slovan"la matç noyabrın 24-də Liberetsdə keçiriləcək.