Məşhur sovet futbolçusu və məşqçisi Viktor Tsaryov 86 yaşında ikən dünyasını dəyişib. Sportnet.az-ın məlumatına görə, Tsaryov SSRİ ylğmasında 5 il çıxış edib.
O, 1958-ci il dünya, 1960-cı il Avropa çempionatında forma geyinib və qitə birincisi olub. 1957-ci ildə isə Tsaryov millinin kapitanı kimi gənclər arasında III Ümumdünya İdman Oyunlarını qazanıb. Mərhum futbolçu 1967-1968-ci illərdə yığmada baş məşqçi Mixail Yakuşinin köməkçisi, 1976 - 1981-ci illərdə SSRİ-nin gənclərdən ibarət yığmasının məşqçisi olub. 1976-cı ildə Avropa çempionu olduqları üçün Tsaryova SSRİ-nin əməkdar məşqçisi adı verilib.
Sovet idmanının əfsanəsi qalan illərini baş məşqçi kimi yeniyetmələr futboluna (1968 - 1972) həsr edib və Lev Yaşin adına Moskva "Dinamo"sunun idman məktəbinin direktoru (1975 - 1982) olub.