1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kuban"ın legioneri Azərbaycan Premyer Liqasını zəif sayır
Rusiyanın "Kuban" klubunun futbolçusu İqor Armaş Moldovanın yüksək liqası ilə Azərbaycan Premyer Liqasını müqayisə edib. Sportnet.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi keçmiş komanda yoldaşları olan qapıçılar Aleksey Koşelevlə Stanislav Namaşkonun seçimlərinə əsasən belə nəticəyə gəlib.
Moldova millisinin da üzvü olan Armaşın fikrincə, "Şerif"ə keçən Koşelev karyerasını Azərbaycanda, daha sonra Yunanıstanda davam etdirən Namaşkodan futbol planında çox qazanıb: "Stanislavın 30, Alekseyin 20 yaşı var. Koşelev ölkənin ən yaxşı klubuna gəldi. O, daim Çempionlar Liqasında, Avropa Liqasında oynayır. Orada əla infrastruktur var. Hesab edirəm ki, bu seçim düzgün idi".
Xatırladaq ki, Namaşko 2014-16-cı illərdə AZAL-da oynayandan sonra Yunanıstanın "Levadiakos" klubuna keçib.