"Qarabağ" bu gündən qış təlim-məşq toplanışına start verib. Sportnet.az-ın məlumatına görə, komanda səhər saatlarında Bakı-İstanbul-Antalya reysi ilə Türkiyəyə yola düşüb.
Futbolçular toplanış zamanı "IC Santaı" otelində məskunlaşacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda toplanışı müddətində dörd yoxlama oyunu keçirəcək. Rəqiblər yanvarın 15-də Albaniyanın "Şkenderbeu", yanvarın 18-i "Styaua" (Rumıniya), yanvarın 22-si Qazaxıstanın "Atırau" və Polşanın "Termalitsa" klubu olacaq.