1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Allaha and olsun ki, "Zirə" - "Qarabağ" qardaşlığı boş şeydir" - MÜSAHİBƏ
"Zirə"nin futbolçusu Elvin Məmmədov Azərbaycan Premyer Liqasının XVI turunda "Kəpəz"lə oyundan sonra brifinq keçirib. Təcrübəli yarımmüdafiəçi Sportnet.az-ın əməkdaşının da suallarını cavablandıırb.
- Qalib gəldiniz və təxminən 60 dəqiqə azlıqda oynamalı oldunuz...
- Gördüyünüz kimi, çətin oyun getdi. Əzmkar mübarizə apardıq. Bu gün futbol bəxti biz tərəfdə idi. Qələbəmizin davamı gəlsin.
- Bəxt siz tərəfdə idi, yoxsa layiqli oynayaraq qalib gəldiniz?
- Düzdür, mübarizə apardıq. Ancaq baxırsan ki, ikinci hissədə rəqibin qol epizodları daha çox idi. Qapıçımız Anar Nəzirov çox yaxşı oynadı. Özünü lider, komandanı kapitanı kimi göstərdi.
- Bu gün iki qırmızı, çoxsaylı sarı vərəqələr, cərimə zərbələri oldu. Bu cür hakimlik sizi bezdirdimi?
- Düzdür, belə şeylər oyuna təsir göstərir. Ancaq meydanda belə şeyləri fikirləşmirik. Bizim işimiz qaçmaq, hakiminki isə fit çalmaqdır. Hakimliklə məşğul olan insanlar var ki, referinin işinə onlar qoymət verəcəklər. Ən əsası odur ki, komandamız qələbə qazandı və bu uğurlu seriyanı davam etdirdik. "Kəpəz"ə də uğurlar arzulayıram.
- Son dəqiqələrdə komanda yoldaşlarnı topu hara gəldi vururdular. Ancaq top səndə olanda, ötürmə ilə çıxmağa çalışırdın...
- Bu, futbolçunun təcrübəsindən asılıdır. Bir də ki komanda yorulur. "Kəpəz" ikinci hissədə bizi daha çox sıxdı. Topsuz qalanda mübarizə aparmaq çətindir. Bu zaman fikirləşə bilmirsən.
- Səni nə qədər vursalar da, digər futbolçulardan fərqli olaraq reaksiya vermirdin. Bu, çox səbirli olmağından irəli gəlir?
- Ümumiyyətlə, məndə belə şey yoxdur k, hakimin üzərinə cumum və sair.
- Bu, yəqin ki, üstünlüyündür...
- Bunu deyə bilmərəm. Hakim qərarını verdisə, onu dəyişəsi deyilsən. Bundan əlavə, futbol mübarizədir. Mən onu vururam, o da məni. Bunlar normal şeylərdir.
- Gələn tur "Qarabağ"la üzləşəcəksiniz. Bu komandaya heç vaxt qalib gəlməmisiniz. Seriya qırıla bilərmi?
- Futbolda hər şey mümkündür. Komandamız qış fasiləsindən sonra hər iki oyunda qalib gəlməklə yaxşı start götürüb. Niyə də olmasın? Biz "Qarabağ"la səfər oyununa xal almaq üçün gedəcəyik. Əsas odur ki, yaxşı nəticə göstərək.
- Riçard Almeyda cəza, Dani Kintana isə zədə səbəbindən "Zirə"yə qarşı oynaya bilməyəcək. Bunu yəqin ki, özünüz üçün böyük üstünlük sayırsınız...
- Əslində, indi elə görsənir. Ancaq "Qarabağ" yaxşı, köklü, Azərbaycanda sözünü deyən komandadır. Çempionlar Liqasında dəfələrlə oynayıb. Buna görə də məncə, bizim üçün daha çətin olacaq. Çünki həmin futbolçuların əvəzinə oynayanlar zəif olmadıqlarını göstərəcəklər. Biz meydana maksimum nəticə üçün çıxacağıq.
- Son turlarda hakimlər səhvlər edirlər. Bu, bütün komandalarda təzyiq yaradır ki, istənilən halda xalımız əlimizdən alına bilər. Bu təzyiq sizdə varmı?
- Oyunları da biz izləyirik. Həqiqətən hakimliklə bağlı dəhşətli, gözə girəcək səhvlər var.
- Bu, səhvdir, yoxsa qərəz?
- Hakim də insandır, səhv edə bilər. Bu, normal şeydir. Qərəzli olduğunu bilmirəm. Azərbaycan futbolu ildən-ilə yükləməyə başlayır, elə deyil. Çünki komandaların sayı ildən-ilə azalır. Hakimlər aşağı səviyədə idarəçilik edəndə, üzərlərindəki məsuliyyət daha da artır. Ancaq qərəzli olduqlarına inanmıram. Niyə "Qarabağ"a, "Qəbələ"yə qarşı belə münasibət göstərsinlər? Onsuz da bu klublar güclüdür.
- "Qarabağ"la növbəti oyunda da xal qazana bilməsəniz, gəzən söz-söhbətə nə dərəcədə inam artacaq?
- Allaha and olsun ki, bunlar boş şeylərdir. "Qarabağ" həqiqətən bizdən güclüdür, liderdir. Bunu siz məndən daha yaxşı bilərsiniz. Bizim işimiz müdafiədə oturmaqdır. Keçən mövsüm "Qarabağ"la oyunda hesab 0:0 idi. Ancaq Dani Kintana meydana girəndən sonra oyun dəyişdi və rəqib 1:0 hesabı ilə qalib gəldi. Bu söhbətlərin hardan çıxdığını həqiqətən bilmirəm. Nə "Qarabağ"da, nə də "Zirə"də elə bir şey var ki, oyun alınsın. Hansı oyunu "Qarabağ" aşkar alıb? Mən orda da oynamışam, bu, heç vaxt olmayıb. Əgər olsaydı, deyərdim ki nəsə var. Necə ki axtilə "İnter" - "Simurq" söhbətləri vardı. Qardaş, "Qarabağ" bizdən güclüdür də. Bizim işimiz isə müdafiə otutaraq xal qazanmağa çalışmaqdır. Bunun necə alıcanağını zaman göstərəcək.
- Komandanızda baş məşqçi dəyişikliyi ilə hansı planda dəyişiklik oldu?
- Komandaya yeni rəhbər, yeni sima gələndə, istər-istəməz yeni nəfəs gəlir. Futbolçular məsuliyyəti daha yaxşı dərk etməyə başlayırlar. Çünki artıq daha güclü rəqabət var. Komandada hər mövqedə iki futbolçu var. Yeni nəfəs laızm idi ki, rəhbərlik bu addımı atdı. Onun bəhrəsini görürlər. Hər kəsə uğurlar arzu edirəm.