1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ağayev nəzarət altında: Onun iki dişi sınıb - FOTOLAR
Azərbaycan çempionatının I Divizionunun son turunda "Şəmkir"lə səfər matçında meydanda aldığı zədə nəticəsində huşunu itirən Qusarın "Şahdağ" klubunun futbolçusu Sərxan Ağayev həkim nəzarətində altındadır. Klubun mətbuat xidmətinin rəhbəri Xanbala Daşdının Sportnet.az-a verdiyi məlumata görə, vəziyyəti qənaətbəxş olan 25 yaşlı hücumçu xəstəxanadan buraxılsa da, Qusara qayıda bilməyib.
Buna səbəb həkimlərin uzaq yola çıxmamasına icazə verməməyidir. Dirsək zərbəsindən sonra huşunu itirən Sərxan ilk öncə Şəmkir Mərkəzi Xəstəxanasına aparılıb. Orada 3 saat qalan Ağayevin daha sonra baş nahiyəsinin kompytuter tomoqrafik müayinəsindən keçməsi üçün Gəncəyə klinikaya aparılıb. Həmin vaxt futbolçu artıq özünə gəlibmiş. "Şahdağ" hazırda Şəmkirdə yaxınlarının yanında qalan Sərxanı sabah Qusara gətirəcək.
Onu da bildirək ki, futbolçunun zərbə nəticəsində iki dışı sınıb və dodağı partlayıb.