
Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində keçiriləcək "Neftçi” – "Sumqayıt” oyununun biletləri satışa çıxarılıb. Sportnet.az-ın məlumatına görə, qiyməti 1 AZN, VİP yerlər üçün 5 AZN olan biletləri "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, fevralın 13-də "Bakcell Arena”da keçiriləcək oyun saat 17:30-da başlanacaq.