1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
15 yaşlı xilaskara ev hədiyyə edildi
Ötən il noyabrın 28-də Braziliyanın "Şapekoense" klubunun nümayəndələrinin də yer aldığı təyyarə qəzası zamanı hadisə yerinə ilk gələnlərdən olan Yohan Ramiresə ev hədiyyə olunub.
Sportnet.az-ın "The Sun"a istinadən verdiyi məlumata görə, indiyədək atası ilə birgə köhnə daxmada yaşayan 15 yaşlı yeniyetmə "Şapekoense" klubunun rənglərinə boyanmış yeni mənzilə köçüb.
Yanan qalıqlar arasından 6 nəfərin tapılaraq xilas edilməsində əsas rol oynayan Ramiresin yeni evi ona minnətdarlıqlarını çatdırmaq istəyən könüllülər tərəfindən inşa olunub.
Qeyd edək ki, 2016-cı il noyabrın 28-də Kolumbiyada baş vermiş təyyarə qəzasında 77 nəfərdən 71-i ölüb. "Şapekoense" klubunun futbolçuları, inzibati və məşqçi heyəti də həmin qəzada dünyasını dəyişib. Ölənlər arasında əvvəllər "Xəzər Lənkəran"da çıxış etmiş Villiam Tieqo de Xesus və Bakı "İnter"inin sabiq oyunçusu Filipe Maçado da var.