PSJ-nin futbolçusu Anhel Di Mariya Çempionlar Liqasının (ÇL) 1/8 mərhələsində "Barselona" ilə oyunda vurduğu qol əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, argentinalı yarımmüdafiəçi öz ad günündə fərqlənib. 29 yaşı tamam olan futbolçu hazırda davam edən matçda və 3:0 hesabı ilə qlaib gəldikləri matçda artıq dubl müəllifi olub. 
Anhel ad günündə ÇL-də qol vuran 2-ci futbolçu kimi tarixə düşüb. İlk belə oyunçu Moskva "Spartak"ının braziliyalı yarımmüdafiəçisi Romulu olub. Maraqlıdır ki, hər iki futbolçu ispaniyalı baş məşqçi Unai Emerinin rəhbərliyi altında oynayıb. 









                 





    
    
    
    
    
    
    
    
    

























































