
Azərbaycan Premyer Liqasının XIX turunda "Neftçi” ilə qarşılaşacaq "Kəpəz” bu gündən qarşıdakı oyunun hazırlığına başlayıb. Sportnet.az-ın məlumatına görə, "Qarabağ”a qarşı son çempionat oyunundan sonra bərpaedici proseduradan (sauna, baseyn, masaj) keçən komanda üzvləri dünən istirahət edib.
"Sarı-göylər”in fevralın 15-i və 16-sı tarixlərində keçiriləcək məşqləri saat 11:00-da start götürəcək. Hazırlıq prosesi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akedemiyasının meydançasında keçiriləcək.
"Kəpəz”in oyun öncəki son məşqi isə görüşə ev sahibliyi edəcək "Bakcell Arena”da olacaq.
Xatırladaq ki, "Neftçi" - "Kəpəz" oyunu fevralın 18-də saat 18:00-da keçiriləcək.