1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamal Bayramov: "Təhlükəsizlik xidmətidir də..."
"İnter”lə görüşdən sonra meydan sahiblərinin mühafizəçiləri tərəfindən təzyiqə məruz qalan "Zirə”nin qapıçısı Kamal Bayramov məsələyə aydınlıq gətirib.
Matçın 75-ci dəqiqəsində qapıçı Anar Nəzirov qırmızı vərəqə aldıqdan sonra meydana daxil olan Bayramov Spotnet.az-ın oyunda olan əməkdaşı ilə söhbətində bildirib ki, insidentə səbəb "İnter”in mühafizəçilərinin "Zirə”nin paltardəyişmə otağına gəlmələridir: Düzü, bu haqda danışmaq istəmirəm. Təhlükəsizlik xidmətidir də... Onlar bizim paltardəyişmə otağında olmamalıdırlar. İndi oldu, insandır. Yəqin ki, gələcəkdə buna nəzarət edəcəklər. Birinci dəfədir "İnter” tərəfindən belə şey görürəm. Təki gələcək oyunlarda heç bir komandada belə şey baş verməsin. Təhlükəsizlik xidmətləri rəqib komandanın qapısı ağzında kimisə sağa-sola dartmasın. Belə hallara yol vermək düzgün deyil”.
Qeyd edək ki, "İnter” - "Zirə” matçından sonra Kamal Bayramovla "İnter”in mühafizəçiləri arasında mübahisə düşüb. Bu zaman hadisənin təfərrüatını öyrənmək istəyən jurnalistlər də mühafizəçilərin təzyiqinə məruz qalıb.