1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əliyar Ağayevə UEFA-dan yeni təyinat
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Gənclər Liqasının 1/4 final mərhələsinin oyununa təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, gənc beynəlxalq dərəcəli baş hakim Rusiyanın paytaxtı Moskvada MOİK və Portuqaliya "Benfika"sı arasında keçiriləcək ilk 1/4 final matçını idarə edəcək.
Ona Rza Məmmədovla Akif Əmirəli yan xətt hakimləri qismində yardımçı olacaqlar. 4-cü hakim funksiyasını rusiyalı Aleksandra Ponomaryova, hakim-inspektor Yuri Baskakov, UEFA nümayəndəsi isə qazaxıstanlı Oljas Abrayevdir.
Qeyd edək ki, martın 7-də "Oktyabr" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.