Bu gün Azərbaycan çempionatının I Divizionunda XVIII turun oyunlarına start verilib. Sportnet.az-ın məlumatına görə, Premyer Liqaya əsas namizədlərdən olan "Səbail" növbəti inamlı qələbəsini qazanıb. Elman Sultanovun yetirmələri bu dəfə evdə "Energetik"i darmadağın edib. "Səbail" xalının sayını 40-a çatdıraraq 2-ci pillədə yerini möhkəmlədib və lider "Turan Tovuz"dan cəmi 2 xal qalır. Ancaq Əsgər Abdullayevin komandasının 1 oyunu ehtiyatda var.
"Ağsu" bu həftə 2-ci dəfə evdə autsayderə 7 cavabsız qolla gəlib. Rüfət Quliyevin komandası "Bakılı"nın ardınca son pillənin sahibi "Göyəzən"i "qol yağışı"na tutub. Elnur Səmədov poker edib.
3 mart
"Səbail" - "Energetik" - 3:0
Qollar: Bayram Budaqov, 10; Ramazan Abbasov, 52 (pen.); Orxan Qurbanlı, 90
"Ağsu" - "Göyəzən" - 7:0
Elnur Səmədov, 17, 51, 67, 81; İsa Cəbiyev, 23, 31; Elnur Mustafazadə, 64









































































