1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"O vaxt da eyni hesabla uduzmuşduq"
"Rəqibin güclü olduğunu bilirdik. Onlara qarşı birəbir mübarizələr hər zaman çətin olur. Oyunun əvvəlində müqavimət göstərməyə çalışsaq da, sonradan fərdi mübarizələri uduzduq və qollar buraxdıq. Bu da rəqibin heyətində ustalıq səviyyəsi yüksək olan futzalçıların çoxluq təşkil etməsini göstərir".
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bunu futzal üzrə Moldova millisinin baş məşqçisi Vladimir Vusatı Azərbaycan yığmasına 1:6 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra deyib.
O, komandasının çox pis təsir bağışlamadığını bildirib: "Bəli, hesab arasındakı fərq böyük oldu. Amma meydana tam heyətlə çıxmadığımızı da qeyd edim. Dörd əsas oyunçumuzu Bakıya gətirə bilməmişik".
V.Vusatı onları Bakıya dəvət edən AFFA-ya təşəkkür edib: "Azərbaycan millisi ilə 4 il əvvəl də qarşılaşmışdıq. Onda da oyun 6:1 hesabı ilə başa çatmışdı və milli komandanız qələbə qazanmışdı”.