
"Neftçi" ilə oyunlarımız hər zaman prinsipial keçir. Bu dəfə də çətin olacaq və maraqlı olacaq. Hazırda hər iki komanda arasında xal fərqi də böyük deyil. Həm biz, həm də "Sumqayıt" qalib gəlmək istəyəcək ki, yüksəklərdə qalsın". Bu sözləri Sportnet.az-a açıqlamasında "Sumqayıt"ın forvardı Amil Yunanov deyib.
"Gənclik şəhəri" təmsilçisinin hücumçusu "Neftçi"ni doğma divarlar arasında qəbul etmələrinin özləri üçün üstünlük olduğunu bildirib: "Biz öz meydanımızda oynayırıq. Bu da üstünlükdü. Neçə oyundu ki, qələbə qazana bilmirik. "Neftçi" ilə matçda qələbəsiz seriyaya son qoymaq istəyirik. Qalib gəlmək üçün sona qədər mübarizə aparacağıq".