
"Sumqayıt” yaxşı komandadır. Çox rəqib üçün başağrı olacaq gücləri var. Bugün bizim üçün çox çətin olacaq. Amma biz öz oyunumuzu göstərə bilsək, istədiyimiz qolları vurub üç xalı qazana bilərik. "Sumqayıt”ı məğlub etmək üçün tez qol vurmalıyıq”. Bunu Sportnet.az-a açıqlamasında "Nefçti”nin yarımmüdafiəçisi Tərzin Cahangirov deyib.
O, ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşündə "Qarabağ”a məğlubiyyətin komandada inamsızlıq yaratmadığını vurğulayıb: "Xeyr, həmin məğlubiyyət komandada inamsızlıq yaratmayıb. Sadəcə bu cür məğlubiyyəti gözləmirdik. "Qarabağ”la oyunda istədiyimiz heç nə alınmırdı. Ancaq hələ ki, heç nə itirilməyib. Kubok oyunu başqadı, çempionat oyunu başqa. Ona görə də bu gün qələbə üçün oynayacağıq.
Qazanılacaq üç xal çox şeyi dəyişə bilər. "Zirə” səfərdə "Qəbələ” ilə görüşəcək. Ağır oyun olacaq, "Zirə” də döyüşkən komandadı. Ancaq ürəyim "Qəbələ”nin qalib gəlməsindən yanadı”.