1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Şahruddin Məhəmmədəliyev: "Çempionluq haqda danışmaq tezdir"
"Kəpəz”ə qarşı olduqca çətin oyun alındı. Çətinliyə baxmayaraq biz üç xalı qazanmağı bacardıq. "Kəpəz” də bizə qarşı yaxşı mübarizə göstərdi. Hər halda sonda qalib gəlməyi bacardıq”. Bunu Sportnet.az-a açıqlamasında "Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.
Ağdam klubunun gənc qapıçısı ölkə kubokunun yarımfinal mərhələsinin "Neftçi” ilə cavab qarşılaşmasında da qələbə üçün oynayacaqlarını bildirib: "Çempionatın başa çatmasına hələ 4 tur qalıb. Məhz 4 turdan sonra demək olar ki, çempion hansı komanda olacaq. İndidən nəsə demək çox tezdi. Biz indi "Neftçi” ilə matça ciddi hazırlaşırıq. Finala adlamağı çox istəyirik. Ona görə bu oyunda da qələbə üçün oynayacağıq".
Gənc qolkiper komandaya gəldiyi gündən bosniya və herseqovinalı əsas qapıçı İbrahim Şehiçdən hərtərəfli dəstək aldığını da bildirib: "Şehiç mənə hər şeydə kömək edir. Onun dediklərinə də ciddi yanaşıram”.