Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsi Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadə ilə görüşüb.
Sportnet.az-ın federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə assosiasiyanın texniki direktoru Bernhard Lippert də iştirak edib.
Mərasimdə komandanın hazırlıq prosesi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İslamiadada i Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeşlə birgə A qrupunda yer alıb.