1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Biro Jade: "Azərbaycanlı futzalçılar oynaya bilirlər"
"Fikirləşdiyim hər şey alındı. Uşaqlara qələbəyə görə təşəkkür edirəm. Hakimlik gözəl idi".
Sportnet.az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Biro Jade Avropa çempionatının Bakıda keçirilən əsas seçmə mərhələsinin B qrupunda Albaniya yığmasına 5:0 hesabı ilə qalib gəldikləri 2-ci tur matçından sonra mətbuat konfransında deyib. Braziliyalı mütəxəssis bildirib ki, nəticə olduqda işlər də qaydasında gedir.
Baş məşqçinin fikrincə, Namiq Məmmədkərimovla Xətai Bağırovun vurduqları son 2 qol Azərbaycan futzalçılarının oynaya bildiklərini göstərib: "Sadəcə, onların yetişmələri üçün baza lazımdır. 18 - 20 yaşa çatanadək daha yaxşı olacaqlar".
Biro Jade ilk oyundan sora millinin sabiq baş məşqçisi Miltinyodan təbrik mesajı aldıqlarını da vurğulayıb.
Qeyd edək ki, Azərbaycan millisi hazırda 6 xalla B qrupuna başçılıq edir. Aprelin 11-də keçiriləcək qrupun son tur matçında rəqib Macarıstan olacaq.