"Üç oyundan üçündə qalib gəlmək çox yaxşıdır. Bütün azarkeşləri təbrik edirəm. Azərbaycan üçün əla gecə idi".
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan millisinin futzalçısı Eduardo Borges 2018-ci il Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaları barədə fikirlərini bölüşərkən deyib.
O, əsas seçmə mərhələnin son tur matçında Macarıstana qarşı əsl favorit kimi mübarizə apardıqlarını bildirib: "Meydana çıxanda hansı komandanın favorit olduğunu demək olmur. Amma bu gün biz əsl favorit kimi oynadıq. Macarıstandan yaxşı çıxış etdik, çoxlu qol imkanı yaratdıq. İlk yarıda ələ düşən qol imkanlarından yararlana bilmədik. Ancaq ikinci hissədə daha dəqiq oynadıq”.
Braziliyalı legioner Avropa çempionatında da uğurlu çıxış etmək istədiklərini bildirib: "Sloveniyaya uğurlu nəticələr arxasınca gedəcəyik. Biz dünya çempionatında uğurlu oynadıq. Nəyə görə də Avropa çempionu olmayaq? Bu, qeyri-mümkün deyil”.