1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin baş məşqçisi fəlsəfəsini açıqladı
"İlk növbədə hər zaman bizimlə olan, dəstək verən AFFA-nın baş katibi Elxan Məmmədova, Futzal Federasiyasının prezidenti Zaur Axundova təşəkkür edirəm. Eyni zamanda məşqçilər heyətinə, komandanın bütün işçilərinə, təkcə bu gün oynayan yox, bütün futzalçılara çox sağ ol demək istəyirəm".
Sportnet.az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Biro Jade 2018-ci il Avropa çempionatına vəsiqəni təmin etdikləri əsas seçmə mərhələnin Macarıstan üzərində 6:1 hesablı qələbə qazandıqları 3-cü tur matçından sonra deyib. Braziliyalı mütəxəssis bildirib ki, bu qələbədə hər kəsin payı var: "Oyun haqda danışarkən, qeyd etməliyəm ki, futzalçılarla psixoloji baxımdan mütəmadi söhbət edirdik. Çünki Bosniya və Herseqovina, eləcə də Albaniya ilə matçdan sonra bildirmişdim ki, meydan sahibi olan komandanın üzərində təzyiq olur. Vacib olan o təzyiqdən qurtulmaq və rəqibin səhvlərindən yararlana bilməkdir. Bu gün isə çox diqqətli idik. Düşünürəm ki, bu da böyük fərq yaratdı. Hətta hesabda geri düşdükdən sonra da oyunçularıma sakit olmalarını tapşırdım. Rəqib cəmi bir epizod yaratdı və qol vurdu. Amma oyuna nəzarət bizim tərəfimizdə idi. Əlimizə düşən imkanlardan yararlandıq və asan qələbə qazandıq".
Baş məşqçi komandasının fəlsəfəsinə də toxunub: "Futzal dinamik oyundur, gərək fürsəti əldən verməyəsən. Çünki epizod yaradıb qol vura bilməyəndə, rəqib sizi cəzalandırır. Çox yaxşı komandamız var. Tapşırıqları düzgün yerinə yetirdilər, müdafiədə diqqətli oynadılar və imkanları vaxtında dəyərləndirdilər. Bütün bunlar bizim fəlsəfəmizi əks etdirir”.