İngiltərənin paytaxtı Londonda "Vest Hem" klubunun azarkeşi Naycel Uilyams 5 illik həbsə məhkum olunub.
Sportnet.az-ın məlumatına görə, buna Premyer Liqada 2016-cı ilin dekabrında keçirilmiş XIV tur matçında "Arsenal"a 1:5 hesablı məğlubiyyətdən sonra Uilyamsın 14 illik dostu Mark Mandini qətlə yetirməsi səbəb olub. Mübahisə davaya çevrildikdən sonra o, dostunun başına zərbə endirib. Nəticədə Mandidə qanaxma başlayıb. Zərərçəkən xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Onun 3 övladı qalıb.
39 yaşlı azarkeş məhkəmədə törətdiyi əməli etiraf edib. O, bilərəkdən törədilməyən ölümə görə hökm oxunub.