AZAL-ın futbolçusu Vaqif Cavadov "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Matçla bağlı nə deyə bilərsən?
- Oyun haqda nə sizə, nə də futbolçularımıza heç nə deyə bilərəm. Özüm də hirsliyəm. Çox zəif çıxış etdik. İnanmıram ki, belə oyun bir daha təkrarlansın.
- Amma "Neftçi" də qeyri-adi heç nə etmədi...
- Düzdür. Öz səhvlərimizdən uduzduq. Yenə deyirəm: inanmıram ki, belə oyunu bir daha nümayiş etirək.
- Baş məşqçi Tərlan Əhmədov paltardəyişmə otağında nəsə dedi?
- Xeyr.
- Oyun ərzində komanda yoldaşlarına tez-tez iradlar bildirirdin...
- İrad bildirmirdim. Bunun üçün baş məşqçi var. Sadəcə, deyirdim ki, eyni cür səhvləri buraxmaq olmaz.
- Bu cür oyunla "Neftçi" Avropa Liqasına yüksələ bilər?
- 4-cü yer uğrunda gərgin mübarizə gedir. "Neftçi" köklü klubdur. Həm bu kluba, həm də "Zirə", "Sumqayıt" və "Kəpəz"ə uğurlar arzulayıram.
- AZAL I Diviziona enir. Bəs sənin gələcək planların necədir?
- 2 oyun qalıb. Mövsümün sonunda hər şeyə aydınlıq gələcək.
- Təkliflər var?
- Hər halda axırıncı yerdə gedən yox, iddialı komandada olacağıq.
- Karyeranda ikinci dəfə havayı oynamağa hazırsan?
- İnanmıram ki, elə bir şey olsun.