"Qarabağ"ın hücumçusu Dino Ndolovu "İnter"lə Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- "İnter”ə qarşı matç barədə nə deyərdin?
- Təcrübəmə əsaslanaraq onu deyim ki, bu il çempion olmaq daha çətin oldu. Zədəlilərimiz, çətinliklərimiz oldu. Amma böyük klub olduğumuzu bir daha nümayiş etdirdik, bir-birimizə inam son dərəcə idi. Bugün də bütün komponentlərdə "İnter”dən üstün olduq.
- İki qol vuraraq "Qarabağ”ın çempionluğunda rol oynadın. Bu cür oyunda qollar vurmağın sənin üçün xüsusi əhəmiyyət daşıyır?
- Əsas komandamın nəticəsidir. Düzdür, vurduğum iki qol oyunun nəticəsinə birbaşa təsir etdi. Nəticədə üç xal qazandıq və qollarım çempionluq gətirdi. Mənim üçün önəm daşımırdı, ancaq çempionluq gətirdi.
- Bombardirlər sırasında da üçüncü pillədəsən və birinci olmaq şansın var...
- Fərdi titullar və nəticələr mənim üçün o qədər də əhəmiyyət kəsb etmir. Əvvəllər fərdi mükafatlarım olsa da, mən "Qarabağ”a sırf kollektiv titullar, mükafatlar qazanmağa gəlmişəm.
- Son zamanlar mətbuata danışmaqdan qaçırsan. Bunun səbəbi nədi?
- Bizim işimiz meydanda futbol oynamaqdır. 10 gün içərisində 3-4 oyunumuz var idi. Ona görə fikrimi həmin oyunlara yönəltmişdim. Boş yerə azarkeşlərimizi ümidləndirmək istəmirdim. Vacib oyunlarımız var idi və onlar haqda düşünürdüm. İndi də sizin qarşınızdayam və açıqlama verirəm.
- Növbəti iki oyunu ölkə kubokunun finalına hazırlıq saymaq olar?
- Hər bir oyuna ciddi yanaşırıq və hələ çempionat bitməyib. Qarşıdakı turlardan da altı xalla ayrılmağı düşünürük.