Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında AFFA ilə əməkdaşlıq əsasında ADBTİA-nın İxtisasartırma Proqramları çərçivəsində futbol jurnalistikası təlimi başlayıb.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, təcrübəli təlimatçı Dan Meysonun rəhbərliyi ilə keçirilən təlimdə əvvəlcə ADBTİA-nın İxtisasartırma Proqramlarının meneceri Tükəzban Cəfərova proqramda nəzərdə tutulan məsələlər barədə danışıb. Ardınca AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin baş mütəxəssisi Firuz Abdulla qısa çıxış edərək iştirakçılara uğurlar arzulayıb.
ADBTİA-nın Strateji İnkişaf Qrupunun rəhbəri, rektorun xarici əlaqələr üzrə müşaviri Şəmsiyyə Mustafayevanın salamlama nitqindən sonra təlim proqram üzrə öz işinə başlayıb.
Futbol jurnalistikası təliminə aprelin 18-də yekun vurulacaq.