1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ronaldu 100-ü "ofsayd"la keçdi
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasında yeni rekorda imza atıb.
Sportnet.az-ın məlumatına görə, portuqaliyalı hücumçu Avropanın ən nüfuzlu klub turnirində 100 qol həddini keçən ilk futbolçu kimi tarixə düşüb. O, Almaniya "Bavariya"sı ilə 1/4 final mərhələsinin cavab görüşündə "het-trik" edərək, aktivindəki qolları 101-ə çatdırıb. Amma Ronaldu 100-cü topunu ofsayddan vurub. Təcrübəli forvard 105-ci dəqiqədə fərqlənərkən, macarıstanlı Viktor Kaşşayın başçılıq etdiyi hakimlər briqadası onun oyundankənar vəziyyətdə olduğunu görməyib.
Qeyd edək ki, Kriştianu Ronaldu Çempionlar Liqasındakı qollarından 18-ni İngiltərənin "Mançester Yunayted" klubunda, qalanlarını isə "Real Madrid"də vurub.