"Qaziantep BB”də işlərim elə də yaxşı getmir. Portuqaliyada da işlərim yaxşı getmədiyinə görə oradan ayrıldım. Rumıniya və Azərbaycanda hər şey mənim üçün daha yaxşı alınmışdı”. Bu sözləri Sportnet.az-a açıqlamasında "Zirə”nin sabiq forvardı Nelson Bonilla bildirib.
2015/2016 mövsümündə "Zirə”nin heyətində uğurlu çıxış edən salvadorlu forvard yenidən Azərbaycan çempionatında çıxış etmək niyyətindədir. O, Bakı klubunu izlədiyini söyləyib: "Zirə”ni indinin özündə də izləyirəm. Komandam avrokuboklara yollanmaq üzrədir.
Fikrimcə, ötən mövsüm olduğu kimi bu mövsümdə də "Zirə” yüksək yerlərdə olacaq. "Zirə” futbolçularına afərin. Mən də bu komandaya qayıtmaq istəyərdim. Ancaq "Nasyonal”la müqaviləm var və bilmirəm ki, onlar məni buraxacaqlar ya, yox. Düzünü desəm, "Zirə”nin məni istəyib-istəmədiyi barədə də fikrim yoxdur”.