"Sumqayıt" 2016/2017 mövsümü üçün növbəti transferini həyata keçirib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, son olaraq, AZAL-da çıxış etmiş Kamal Mirzəyevlə müqavilə bağlanılıb. 22 yaşlı dayaq yarımmüdafiəçisi 1 illik anlaşmaya imza atıb.
Qeyd edək ki, Kamal Mirzəyev "Qəbələ"də də çıxış edib. O, Azərbaycanın U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub.





































































