
"Sumqayıt" növbəti transferini reallaşdırıb.
Sportnet.az-ın məlumatına görə, "gənclik şəhəri” təmsilçisi ötən mövsüm "Kəpəz”in formasını geyinən Vüqar Bəybalayevi heyətinə qatıb.
23 yaşlı yarımmüdafiəçi 1 illik müqaviləyə imza atıb.
"Sumqayıt” daha öncə Tural Axundov ("Kəpəz”), Cavid İmamverdiyev ("Neftçi”), Cavid Tağıyev ("Zirə”) və Kamal Mirzəyevi (AZAL) heyətinə qatıb.
Qeyd edək ki, bir neçə gün öncə "Kəpəz” Vüqar Bəybalayevlə yeni sözləşmə imzaladığını açıqlamışdı.