1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kaxa Kaladze nazir postundan getdi
Gürcüstanın energetika naziri Kaxa Kaladze istefa verib.
Sportnet.az saytının məlumatına görə, İtaliyanın "Milan” komandasının sabiq futbolçusu bu addımı Tiflis şəhərinin meri vəzifəsinə seçkilərdə iştirak etmək üçün atıb.
O, 25 oktyabr 2012-ci ildən nazir postunu tuturdu.
Qeyd edək ki, Gurcüstanın hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının Siyasi Şurasının iyulun 1-də keçirilən iclasında Tbilisi şəhərinin meri vəzifəsinə baş nazirin müavini, energetika naziri Kaxa Kaladzenin namizədliyi irəli sürülüb. Bu ilin oktyabrında Gürcüstanda yerli özünü idarəetmə orqanlarına seçkilər keçiriləcək. Bu seçkilərdə bələdiyyələrlə yanaşı Tbilisi şəhərinin meri də seçiləcək. Yeni qanunvericiliyə əsasən Tbilisi şəhərinin meri 4 illiyinə seçiləcək. Seçkilərin vaxtını Gürcüstan prezidenti yaxın vaxtlarda elan edəcək.
Kaladze 2001-2010-cu illərdə "Milan”da çıxış edib.