
"Səbail" baxışa çağırdığı daha bir futbolçunu yola salıb. Sportnet.az-ın məlumatına görə, Samir Əliyev Oruc Balaşlını bəyənməyib. Əliyev onun hazırkı formasından narazı qaldığına görə komandasına cəlb etməyib. Qeyd edək ki, Balaşlı ötən mövsüm "Zaqatala"nın heyətində birinci divizionun bombardiri adını qazanmışdı.