Bu gün "Dalğa Arena”da qadınlardan ibarət Azərbaycan və Qazaxıstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma 4:2 hesabı ilə millimizin xeyrinə başa çatıb. Merve Özdemirin dubl etdiyi oyunda hərəyə bir dəfə Aysun Əliyeva (penalti) və Vüsalə Seyfətdinova fərqlənib. Qazaxıstan millisinin qollarını Begaim Kırqızbayeva (penalti) və Bibigül Nuruşova vurub.
Bu komandalar arasında iyulun 26-da keçirilmiş yoldaşlıq oyunu da millimizin minimalhesablı qələbəsi ilə yekunlaşmışdı - 1:0.
-------------------------------------------
Bu gün "Dalğa Arena"da qadınlardan ibarət Azərbaycan və Qazaxıstan yığma komandaları arasında növbəti yoldaşlıq oyunu keçiriləcək.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, saat 19:00-da başlayacaq qarşılaşmanı Yuliya Qurbanova, Xəyalə Əzizzadə, Gülyana Özcan və Fəridə Lütfəliyevadan ibarət hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, bu komandalar arasında iyulun 26-da keçirilmiş yoldaşlıq oyunu millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.