
2016/2017 mövsümündə Avropanın ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Sportnet.az-ın qurumun rəsmi saytına istinadən veriyi məlumata görə, qalib olmaq uğrunda 3 oyunçu mübarizə aparacaq.
Bunlar "Yuventus”un italiyalı qapıçısı Canluici Buffon, "Barselona”nın argentinalı kapitanı Lionel Messi və "Real Madrid”in portuqaliyalı hücumçu Kriştianu Ronaldudur.
Qalibin adı avqustun 24-də Monakoda keçiriləcək Çempinr Liqasının qrup mərhələsinin püşkatması zamanı açıqlanacaq.
Qeyd edək ki, 2015/2016 mövsümündə Avropanın ən yaxşı futbolçusu Kriştianu Ronaldu seçilib.