Qarabağ"ın norveçli futbolçusu Tarik Elyunussi ölkəsinin mətbuatına geniş müsahibə verib.
- Bakı məni valeh etdi. Məni ən çox təəccübləndirən Bakının çox əyləncəli şəhər olmasıdır. Bakıda bir neçə dəfə milli komanda ilə olmuşdum. Amma sadəcə, stadion və oteli görmüşdüm. İndi görürəm ki, Azərbaycanın paytaxtı gözəl şəhərdir. Buranın infrastrukturuna böyük pullar xərclənib. Böyük binalar, yaxşı yollar və gözəl restoranlar var. Çox lüks mağazalara sahib və gözəl şəhərdə yaşayıram. Bu məni təəccübləndirdi.
- Mənim yeni klubum böyük klubdur. Bu klubla müqaviləm olduğu üçün xoşbəxtəm.
- Biz orada taktiki səhvlər buraxdıq. Rəqibin gücünə görə 3-5-2 sistemində oynadıq. Hansı ki, komanda əvvəllər bu sistemdən istifadə etməyib. Bu sistemdə yalnız bir dəfə məşq keçdik. Uşaqlar bu formadan çox əmin deyildilər.
- "Roma”ya qarşı yaxşı oynadıq. Ən böyük üstünlüyümüz isə oyunu ənənəvi sistemdə keçirməyimiz idi. Hətta heç-heçəyə də yaxınlaşdıq. Bu oyunlar "Qarabağ" üçün təcrübədir. ÇL-in qrup mərhələsində ilk dəfə olduğumuzu unutmayaq.
- Azarkeşlərin dəstəyi sizi qane edir?
- "Çelsi"yə 0:6 uduzsaq da, azarkeşlərdən dəstək mesajları alırdıq. Onlar deyirdilər ki, məğlubiyyətə baxmayaraq sizi sevirik. ÇL-də ölkəni təmsil etdiyimiz üçün çox sevinirlər. Onlara təşəkkür edirəm.
- Dil baxımından çətinliyin var?
- Əvvəlcə bütün oyunçuların adlarını öyrəndim. Azərbaycanda dil daha çox rus və türk dillərinin qarışığıdır. Düşünürəm ki, rus dilində kursa gedə bilərəm. Bizim baş məşqçimiz az da olsa, ingiliscə bilir və danışır. Ancaq əcnəbi futbolçular üçün tərcüməçi var. Baş məşqçi danışanda mənim üçün ingilis dilinə tərcüməçi çevirir.
- Azərbaycan çempionatında 3 matçda 90 dəqiqə oynamışam. Düzdür, tam formada olmaq üçün bəs etmir. Daha çox 4-2-2-1-1 sistemindən istifadə edirik. Mən bu quruluşda özümü yaxşı hiss edirəm. Bunu ÇL-də "Atletiko"ya qarşı matçda da edə bilərik.