
Topaz Premyer Liqanın X turunun hazırda keçirilən "Zirə” – "Qəbələ” oyununda polislə qonaq komandanın azarkeşləri arasında insident yaşanıb.
Sportnet.az-ın məlumatına görə, meydan sahiblərinin futbolçusu Milan Duriç hesabı açarkən sevincini "Qəbələ"li azarkeşlərin qarşısında qeyd edib. Fanatlar isə buna sərt reaksiya veriblər. Nəticədə polis "Qəbələ”nin bir azarkeşini stadiondan çıxarıb.
Polislər azarkeşi bölməyə aparmaq istəsə də, klubun vitse-prezidenti Fariz Nəcəfovun məsələyə müdaxiləsindən sonra o, stadiona qayıdıb. "Qəbələ”nin digər rəsmiləri də polislə mübahisə edib (qol.az).