AFFA "Kəpəz” futbol klubunun Müşahidə Şurasındakı nümayəndəsi Mikayıl Quluyev geri çağııb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu addımın "Kəpəz”də uşaq-gənclər komandalarının inkişafını gücləndirmək, klubda çalışan məşqçilərin təhsil səviyyəsini yüksəltmək, idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə atıldığı bildirilir. 
"Kəpəz” Müşahidə Şurasına AFFA tərəfindən təyin olunacaq nümayəndə barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, MşQuliyev 2016/2017 mövsümünün əvvəlində "Kəpəz”in Müşahidə Şurasına üzv təyin olunmuşdu.









                 





    
    
    
    
    
    
    
    
    





















































