Mövsümün sonunda "Arsenal" ilə müqaviləsi başa çatan Aleksis Sançezi Bavariya heyətinə cəlb etməyi planlaşdırır.
Sportnet.az ESPN-ə istinadən xəbər verir ki, Bundesliqaya pis başlanğıc edən və Ancelottini göndərib onun yerinə Hainkesi gətirən Almaniya nəhəngi çilili futbolçunun transferində israrlıdır.
Qeyd edək ki, "Bavariya" ilə yanaşı "Mançester Siti" klubu da hücumçunu transfer etmək istəyir.