"Qarabağ"ın futbolçusu Elvin Yunuszadənin Topaz Premyer Liqasının XI turunda Gəncədə "Kəpəz" üzərində 2:0 hesablı qələbə qazandıqları görüşdən sonra Sportnet.az-a müsahibəsi
- Matçla bağlı nə deyə bilərsiniz?
- Bilirdik ki, Gəncə səfəri hər bir komanda üçün çətin olur. Bu gün qələbə qazanmağımıza baxmayaraq, çətinlik çəkdik. Oyunun əvvəllərində rəqibin də imkanları oldu, "Kəpəz" də qalib gələ bilərdi. Vacib görüş idi. Sevinirik ki, 3 xal qazandıq. Vaxtımız var, "Sumqayıt"la matça yaxşı hazırlaşmağa çalışacağıq.
- Komandanızın ilk qolunu siz vurdunuz...
- Düzü, qoldan çox məni düşündürən müdafiədə necə çıxış edəcəyim idi. Müdafiədəki səhvlər üstündə fikirləşməliyəm.
- Hakim sizin qapıya penalti təyin etdi, ancaq daha sonra qərar ləğv olundu. Bu barədə nə deyə bilərsiniz?
- Viktor Oseqeyl yaxşı hərəkət etdi. Özü baş hakimə yaxınlaşdı. Referi penalti nöqtəsini göstərmişdi. Viktora təşəkkürümü bildirirəm. Bu hərəkətinə görə onu alqışlamaq lazımdır.
- Hakimlərin idarəçiliyindən razı qaldınız?
- Bu barədə danışmaq istəmirəm. Heç nə deyə bilmərəm.
- Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin olunması baradə nə deyə bilərsiniz?
- Qurban müəllimi təbrik etmişik. Bir daha təbrik edirəm. İnanıram ki, onun rəhbərliyi altında milli komanda yaxşı nəticələr əldə edəcək. Bu, Azərbaycan futbolu üçün böyük bir addımdır.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |