Türkiyəli məşqçi Fatih Terim Bosniya və Hersoqovina millisinin rəsmiləri ilə görüşüb.
Sportnet.az-ın məlumatına görə, həmin görüş İstanbulda baş tutub və 3 saatdan artıq davam edib. Görüşdə bir vaxtlar "Qalatasaray"da çıxış edən bosniyalı Tarık Hodzic və Zvjezdan Misimoviç də iştirak edib.
64 mütəxəssis daha sonra jurnalistlərə qısa açıqlama verib:
"Dostlarımızla görüşdük, yemək yedik. Onları burda gördüyüm üçün çox şadam. Qarşıdakı günlərdə nələr olacağına qərar verəcəyik. Razılıq əldə olunsa, sizə də deyəcəyik”.