1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" "Arsenal"la qarşılaşacaq
"Qəbələ” komandasının qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar” mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşacaq.
Komandanın qonşu ölkədəki hazırlığı iki hissədən ibarət olacaq. İlk mərhələ 2018-ci il yanvarın 5-dən 17-dək davam edəcək. "Qəbələ” bu müddətdə üç yoxlama oyunu keçirəcək. Roman Qriqorçukun baş məşqçi olduğu kollektiv yanvarın 10-da Türkiyə "Akhisar Bələdiyyəspor”u, 17-də isə İsveçrə "Sürix” ilə qarşılaşacaq. Daha bir matç ayın 14-də baş tutacaq ki, həmin rəqibin adı dəqiqləşməyib.
Toplanışın ilk hissəsini başa vurduqdan sonra üçgünlük istirahətə buraxalacaq komanda yanvarın 21-də yenidən bir araya gələcək. "Qırmızı-qaralar”ın hazırlıq prosesi fevralın 3-dək davam edəcək. Bu müddətdə "Qəbələ” daha 4 yoxlama görüşünə çıxacaq. Yanvarın 24-də Makedoniyanın "Rabotniçki”, 27-də Rusiyanın "Arsenal” (Tula), 31-də Çexiyanın "Bohemians” klubu ilə görüşəcək komanda fevralın 3-də Makedoniya "Şkendiya”sı ilə qarşılaşmada qüvvəsinə sınayacaq.