Azərbaycanın çimərlik futbolu üzrə FİFA referilərinin siyahısında dəyişiklik baş verib.
Sportnet.az xəbər verir ki, bu barədə "Report”a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bildirib.
O deyib ki, Əfqan Həmzəyevi Əli Cəbrayılov əvəzləyib. İnqilab Məmmədov və Sədaqət Vəliyeva isə yenidən beynəlxalq miqyaslı oyunlara təyinat alacaqlar.
Qeyd edək ki, Ə.Həmzəyev vaxtilə Azərbaycan Premyer Liqasınının da oyunlarını idarə edib.