İngiltərə Liqa Kubokunun yarımfinal matçlarında hakimlərə videoyardım sistemi (VAR) sınaqdan çıxarılacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə Liqa rəhbərliyi qərar qəbul edib.
Yanvarın 9-da "Mançester Siti" "Bristol Siti"ni, ertəsi gün isə "Çelsi" "Arsenal"ı qəbul edəcək. Cavab görüşləri 23-24 yanvarda olacaq.
İngiltərədə ilk dəfə VAR sistemi ölkə kubokunun III raundunda "Brayton end Houv Albion"la "Kristal Pelas" arasındakı görüşdə sınaqdan çıxarılıb. Oyun bu il yanvarın 6-da keçirilib.