
İngiltərənin "Mançester Siti" klubu futbolçusu Nikolas Otamendi ilə yeni müqavilə imzalayıb.
Sportnet.az "Goal.com"a istinadən verdiyi məlumata görə, argentinalı müdafiəçi ilə mövcud olan müqavilə 2 il daha artırılıb.
Pep Qvardiolanın rəhbərliyi altında aparıcı futbolçulardan hesab olunan 29 yaşlı futbolçunun 2020-ci ildə başa çatacaq müqaviləsi 2022-ci ilə qədər uzadılıb.