"Səbail” klubuna qarşı dələduzluq olub.
Sportnet.az xəbər verir ki, İlqar adlı bir şəxs (soyadını bilinmir) bir neçə orta məktəbdə özünü "Səbail”in əməkdaşı kimi təqdim etməklə, guya klubun nəzdində fəaliyyət göstərən ödənişli qruplarda uşaqların məşq keçməsinə vasitəçi olacağını bildirib.
Həmin şəxs onlardan maddi vəsait əldə etməyə çalışıb, bunun müqabilində uşaqların "Səbail” klubuna cəlb olunmasına yardım edəcəyini deyib.
Məsələ ilə bağlı "Səbail”in mətbuat xidmətindən bildiriblər ki, klubda heç bir ödənişli qrup fəaliyyət göstərmir: "Klubumuzun heç bir əməkdaşına hər hansı təhsil müəssisəsində yuxarıda qeyd olunmuş işlərin həyata keçirilməsi barədə tapşırıq verilməyib. "Səbail” Futbol Klubunun adından istifadə edən fırıldaqçılara aldanmayın”.