1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
2017-ci ildə karyerasını bitirən məşhurlar - FOTOLAR
2017-ci ildə bəzi məşhurlar karyeralarını sonlandırıb. Sportnet.az həmin məhşurları sizə təqdim edir:
2007-ci ildə dünyanın ən yaxşı futbolçusu seçilən Kaka 10 ildən sonra futbolla vidalaşdı. İtaliyanın "Milan" klubu ilə Çempionlar Liqasının qalibi olan və Braziliya millisi ilə 2002-ci ildə dünya çempionu olan yarımmüdafiəçi ABŞ-da karyerasını bitirdi.
Türkiyənin "Fənərbağça" klubunda da çıxış edən hollandiyalı futbolçu Dirk Kuyt 6 mövsüm "Liverpul" forması ilə yüksək səviyyədə çıxış edib.
Almaniyanın "Bavariya" klubunun əfsanələrindən biri olan Filip Lam 2017-ci ildə karyerasını başa vuran futbolçulardan biridir. 2003-cü ildən Almaniya təmsilçisində çıxış edən müdafiəçi 8 liqa çempionluğu qazanıb. Lam Çempionlar Liqası, UEFA Super Kuboku, və 2014-cü ildə Almaniya millisi ilə dünya çempionu olub.
"Bavariya"da karyerasını sonlandıran digər futbolçu Xavi Alonsodur. İspaniyalı yarımmüdafiəçi çıxış etdiyi "Liverpul", "Real Madrid" və "Bavariya" kimi nəhəng klubların aparıcı futbolçularından hesab olunurdu. İspaniya milli komandası ilə bir dəfə dünya çempionu olan Alonso 2 dəfə də Avropa çempionu olub. O, "Liverpul" və "Real Madrid"in heyətində Çempionlar Liqasını qazanıb.
İtaliyalı Antonio Kassano, çexiyalı Tomas Rositski, argentinalı Esteban Kambiasso və almaniyalı Kevin Kuranyi kimi futbolçular da karyeralarını bitirib.
Atletika Bolsuz qaldı
Karyerası ərzində 8 dəfə olimpiya çempionu olan Useyn Bolt 2017-ci ildə karyerasını sonlandırdı. O, 100 və 200 metrdə dünya rekordlarının sahibidir.