Karyerasını "Barselona"da davam etdirən və "Başakşeher"lə transfer barədə razılaşan Arda Turan Kataloniyada pis günlər keçirir.
Sportnet.az-ın məlumatna görə, bu yay komandada baş məşqçi vəzifəsinə gətirilən Ernesto Valverdenin heyətdə şans vermədiyi Ardanı komanda yoldaşları da istəmir.
İspaniya mətbuatında yer alan xəbərə görə, başda Lionel Messi olmaqla bir çox futbolçu onun komandadan ayrılmasını istəyir. Argentinalı ulduz futbolçu türkiyəli yarımmüdafiəçinin istedadlı olduğunu söyləsə də onun yetəri qədər çalışmadığını qeyd edib.
"Barselona"ya yaxınlığı ilə bilinən "Sport" qəzetinin xəbərinə görə, klub Arda üçün 10 milyon avro istəyir. Kataloniya təmsilçisi futbolçunu icarəyə vermək barədə düşünmür.